Vakansiya: Dezinfektor
Şirkət: Azerbaijan Sanitary Services Center MMC
Azerbaijan Sanitary Services Center MMC fəaliyyətini genişləndirdiyi üçün peşəkar komandamıza Dezinfektor vəzifəsi üzrə yeni əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
Zərərvericilərə qarşı mübarizə tədbirlərinin (dezinfeksiya, dezinseksiya, deratizasiya) həyata keçirilməsi
İş prosesində istifadə olunan avadanlıq və kimyəvi maddələrlə təhlükəsizlik qaydalarına uyğun işləmək
Verilmiş tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində və keyfiyyətlə icra etmək
Görülmüş işlər barədə rəhbərliyə məlumat vermək
Ezamiyyətlərdə iştirak etmək
Namizədə dair tələblər:
Cins: Kişi
Yaş həddi: 20–45
Fiziki cəhətdən sağlam olmalı
İş təcrübəsi tələb olunmur (təlim şirkət tərəfindən təmin olunur)
B və ya BC kateqoriyalı sürücülük vəsiqəsi
Allergik reaksiyaları və iyrənmə həssaslığı olmamalıdır
Minimum orta təhsil
Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı
Şəxsi avtomobili olan namizədlərə üstünlük verilir (əmək haqqının hesablanmasında nəzərə alınır)
İş şəraiti:
İş yeri: Bakı şəhəri (ölkə ərazisi üzrə ezamiyyətlər mümkündür)
İş qrafiki: növbəli (gündüz və gecə)
Həftəlik iş rejimi: 6 iş günü
İşə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
Əmək haqqı: 700 AZN
Nəqliyyat vasitəsi zərurət olduqda şirkət tərəfindən təmin edilə bilər
📌 Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlərdən aşağıdakı üsullardan biri ilə müraciət etmələri xahiş olunur:
📧 CV-nizi cv@assc.az elektron poçt ünvanına göndərə bilərsiniz
📞 Əlavə məlumat üçün +994 70 390 05 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz




