Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi Sokrat belə demişdi: “Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir…”. Biz də biliyin düzgün tətbiq edilməsi, əməyin səmərəliliyinin artırılması, qida təhlükəsizliyinin təmin edilməsi və insan sağlamlığının qorunması məqsədi ilə fəaliyyətlərimizi davam etdiririk.
Kənd təsərrüfatı, aqrar sahənin inkişafı və bu kimi istehsal sahələrində işləyən işçilərin bilik və bacarıqlarının artırılması, daha məhsuldar şəkildə işləməsi, daha sağlan məhsul istehsal edilməsi üçün mühüm əhəmiyyət kəsb edən prioritet məsələlərdəndir. Bu məqsdələ “Azerbaijan Sanitari Services Center”MMC tərəfdaş təşkilatların işçilərinə “Pest Control” fəaliyyəti əhatəsində: davranış qaydaları, zərəvericilər və onlara qarşı tətbiq edilən mübarizə tədbirləri zamanı təhlükəsizliyin təmin edilməsi, bu zaman məhsul təhlükəsizliyinin qorunması, insan sağlamlığının qorunması, ətraf mühitin qorunması istiqamətində marifləndirici təlimlər təşkil etməyi davam etdirir.