“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə yenilənir.” demişdi Marağalı Əhvədi.
Şirkətimizin yüksək bilik və təcrübəyə sahib heyəti tərəfindən marifləndirmə tədbirləri silsiləsindən “Pest Control” fəaliyyəti sahəsi üzrə ötən dövrlərdə də davam etdirilib.
Müştərilərimizin istədiklərindən daha yüksək xidmət təqdim etməyi hədəfləyən şirkətimiz üçün istər qida istehsal təşkilatları, istər pərakəndə satış təşkilatlarından son istehlakçıya kimi olan qida məhsullarının hazırlanması və dövriyyəsi zamanı insan sağlamlığının təhlükəsizliyinə olan tələblərin ən yüksək səviyyədə yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir.
Beləliklə “Azerbaijan Sanitari Services Center”MMC -nin IPM (Integrated Pest Management) və IRS (Intelligent Reporting System) SMART -ağıllı proqramlar ilə həyata keçirilən, qida təhlükəsizliyi, sanitariya-epidemioloji salamatlıq haqqında qanunu əsas tutaraq,qida və qeyri-qida təşkilatlarında FAO, WHO eyni zamanda ISO, BRC, AIB, IFS, GMP və s. kimi beynəlxalq standartların tələblərinə cavab verən Pest Control fəaliyyətinin əhatəsinə aid olan dezinfeksiya, dezinseksiya, deratizasiya kimi xidmətlərin təşkili, aparılması və təhlükəsizlik qaydaları haqqında, ölkəmizdə fəaliyyət göstərən aparıcı qida pərakəndə şirkətlərinin heyəti üçün də marifləndirici tədbirlər həyata keçirilmişdir.