Zərərvericilərə qarşı mübarizə (Pest Control) nədir?

Pest Control və ya zərərvericilərə qarşı mübarizə kimi də tanınır; İnsanların sağlamlığına, yaşayış sahələrinə və qidalarına birbaşa və ya dolayı yollar ilə zərər verən gəzən həşəratlar, uçan həşəratlar və gəmiricilərlə müxtəlif tətbiq texnikaları ilə mübarizə apararaq cəmiyyətə sağlam və təhlükəsiz yaşayış sahəsi təqdim edən fəaliyyətlər toplusudur. Zərərvericilərə qarşı mübarizədə innovativ metodlar, qabaqcıl texnologiya ilə və formllardan istifadə edərək, zərərvericilərə qarşı mübarizədə sürətli və effektiv peşəkar həllər təklif edirik.

Continue reading

Niyə gəmiricilərlə mübarizə aparılmalıdır?

Aktiv çoxalma qabiliyyəti sayəsində gəmiricilər tez bir zamanda öz sayını artıra və asanlıqla evlərə, iş yerlərinə, fabriklərə, fermalara və s. yerlərə hücum edə bilər. Mübarizə tədbirləri aparılmasa, onların vurduğu zərər ciddi səviyyələrə çata bilər; • İstehlak etdikləri ilə yanaşı, sidik, nəcis və tükləri ilə yem və qida məhsullarını çirkləndirirlər. • Çirklənmiş yem və qida məhsulları həm mal-qara, həm də insanlarda xəstəliklərə səbəb ola bilər. • Xəstəlik daşımaları ilə yanaşı, gəmirmə davranışları ilə qidalandıqları məhsullara vurduqları ziyandan daha çox fiziki olaraq zərər verirlər. • Bu dişləmə davranışı səbəbi ilə, xüsusilə elektrik kabellərini dişləyərək yanğına səbəb ola və hətta yanğının şiddətlənməsində ciddi rol oynaya bilərlər. • Təsərrüfatda baş verən yanğınların 20%-dən çoxu siçovulların elektrik kabellərini gəmirməsi nəticəsində baş verir.

Continue reading

TARAKANLAR

Tarakanlar, xüsusilə qida biznesində reputasiya itkisinə səbəb olan zərərvericilərdir. Bundan əlavə, başda xəstəxanalar olmaqla bütün yaşayış yerlərində daşıdıqları xəstəliklərə görə sağlamlığımıza təsir edən canlılardır. Hər il milyonlarla böyüklər və uşaq tarakanlarla təmas nəticəsində yaranan astma xəstəliyindən əziyyət çəkir. Salmonella, Staphylococcus (Mastitis, Botryomycosis, enzootic pemia, artrit və qida zəhərlənməsi), Streptococcus və Coliform, həmçinin dizenteriya, diareya və digər xəstəliklərə səbəb olan digər bakterial patogenlər də daxil olmaqla, 200-dən çox mikroorqanizm növü tarakanlarla ötürülür. Gigiyenik və zərərvericilərdən təmizlənmiş mühitlər yaratmaqla ictimai sağlamlığı və ətraf mühiti qoruyuruq; Biz insanların, bizneslərin və cəmiyyətlərin inkişafına dəstək veririk.

Continue reading

Milçəklər

Milçək problemi bir çox sağlamlıq problemlərinə və heyvanlarda məhsuldarlığın azalmasına səbəb olan ciddi bir problemdir. Istər ictimai sosial mühitdə istərsə də sənaye və təsərrüfatlarlarda milçəklərin yaratdığı əsas problemlər; Stress, fiziki narahatlıq, az qidalanma, çəki itkisi və süd məhsuldarlığının azalması, xəstəliklərin yayılması və infeksiyaların artması, çəhrayı göz, parafilaria, teleziya, mastit, qarayara, escheridhia coli, vərəm və salmonella kimi xəstəliklər. 1 kq heyvan peyinində 15 000 ev milçəyi çoxalır. Yalnız bir milçək 1000 yumurta qoya bilir. Sürətlə çoxalan milçəklər xərclərin 10% artmasına səbəb olur. “Azerbaijan Sanitary Services Center”, ev milçəklərinin yaratdığı bu problemlərin öhdəsindən gəlmək , sağlamlığınızı və məhsularınızı qorumağınıza kömək etmək üçün sizinlədir.

Continue reading