TARAKANLAR

Tarakanlar, xüsusilə qida biznesində reputasiya itkisinə səbəb olan zərərvericilərdir. Bundan əlavə, başda xəstəxanalar olmaqla bütün yaşayış yerlərində daşıdıqları xəstəliklərə görə sağlamlığımıza təsir edən canlılardır. Hər il milyonlarla böyüklər və uşaq tarakanlarla təmas nəticəsində yaranan astma xəstəliyindən əziyyət çəkir. Salmonella, Staphylococcus (Mastitis, Botryomycosis, enzootic pemia, artrit və qida zəhərlənməsi), Streptococcus və Coliform, həmçinin dizenteriya, diareya və digər xəstəliklərə səbəb olan digər bakterial patogenlər də daxil olmaqla, 200-dən çox mikroorqanizm növü tarakanlarla ötürülür. Gigiyenik və zərərvericilərdən təmizlənmiş mühitlər yaratmaqla ictimai sağlamlığı və ətraf mühiti qoruyuruq; Biz insanların, bizneslərin və cəmiyyətlərin inkişafına dəstək veririk.

Continue reading

Milçəklər

Milçək problemi bir çox sağlamlıq problemlərinə və heyvanlarda məhsuldarlığın azalmasına səbəb olan ciddi bir problemdir. Istər ictimai sosial mühitdə istərsə də sənaye və təsərrüfatlarlarda milçəklərin yaratdığı əsas problemlər; Stress, fiziki narahatlıq, az qidalanma, çəki itkisi və süd məhsuldarlığının azalması, xəstəliklərin yayılması və infeksiyaların artması, çəhrayı göz, parafilaria, teleziya, mastit, qarayara, escheridhia coli, vərəm və salmonella kimi xəstəliklər. 1 kq heyvan peyinində 15 000 ev milçəyi çoxalır. Yalnız bir milçək 1000 yumurta qoya bilir. Sürətlə çoxalan milçəklər xərclərin 10% artmasına səbəb olur. “Azerbaijan Sanitary Services Center”, ev milçəklərinin yaratdığı bu problemlərin öhdəsindən gəlmək , sağlamlığınızı və məhsularınızı qorumağınıza kömək etmək üçün sizinlədir.

Continue reading

Anbarlanmış məhsul zərərvericiləri ilə necə mübarizə aparmaq olar?

Saxlanılan (anbarlanmış) məhsul zərərvericiləri ilə mübarizədə ilk növbədə zərərvericinin növü, populyasiya sıxlığı və ətraf mühit şəraiti kimi məsələlər qiymətləndirilməlidir. Bu qiymətləndirmələrlə müşayiət olunan; Görüləcək tədbirlər, mübarizə üsulları və istifadə olunacaq mübarizə vasitələri (pestisidlər, feromonlar və s.) müəyyən edilməklə Zərərvericilərə Qarşı İnteqrasiya edilmiş İdarəetmə sistemi yaradılmalıdır. “Azerbaijan Sanitary Services Center” olaraq biz müəssisələri və taxıl anbarlarını zərərvericilərdən qorumaq üçün təkmilləşdirilmiş həllər təklif edirik; Qida ehtiyatımızı qorumaq və sağlam həyat üçün gigiyenik həyat şəraitini təşviq etmək üçün zərərvericilərə qarşı mübarizə metodlarımızı daim təkmilləşdiririk.

Continue reading