Elmin cövhəri qızıl kimidir, köhnəldikcə yenilənir.

“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə yenilənir.” demişdi Marağalı Əhvədi.  Şirkətimizin yüksək bilik və təcrübəyə sahib heyəti tərəfindən marifləndirmə tədbirləri silsiləsindən “Pest Control” fəaliyyəti sahəsi üzrə ötən dövrlərdə də davam etdirilib. Müştərilərimizin istədiklərindən daha yüksək xidmət təqdim etməyi hədəfləyən şirkətimiz üçün istər qida istehsal təşkilatları, istər pərakəndə satış təşkilatlarından son istehlakçıya kimi olan qida məhsullarının hazırlanması və dövriyyəsi zamanı insan sağlamlığının təhlükəsizliyinə olan tələblərin ən yüksək səviyyədə yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Beləliklə “Azerbaijan Sanitari Services Center”MMC -nin IPM (Integrated Pest Management) və IRS (Intelligent Reporting System) SMART -ağıllı proqramlar ilə həyata keçirilən, qida təhlükəsizliyi, sanitariya-epidemioloji salamatlıq haqqında qanunu əsas tutaraq,qida və qeyri-qida təşkilatlarında FAO, WHO eyni zamanda ISO, BRC, AIB, IFS, GMP və s. kimi beynəlxalq standartların tələblərinə cavab verən Pest Control fəaliyyətinin əhatəsinə aid olan dezinfeksiya, dezinseksiya, deratizasiya kimi xidmətlərin təşkili, aparılması və təhlükəsizlik qaydaları haqqında, ölkəmizdə fəaliyyət göstərən aparıcı qida pərakəndə şirkətlərinin heyəti üçün də marifləndirici tədbirlər həyata keçirilmişdir.

Continue reading

Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir…

Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi Sokrat belə demişdi:  “Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir…”. Biz də biliyin düzgün tətbiq edilməsi, əməyin səmərəliliyinin artırılması, qida təhlükəsizliyinin təmin edilməsi və insan sağlamlığının qorunması məqsədi ilə fəaliyyətlərimizi davam etdiririk. Kənd təsərrüfatı, aqrar sahənin inkişafı və bu kimi istehsal sahələrində işləyən işçilərin bilik və bacarıqlarının artırılması, daha məhsuldar şəkildə işləməsi, daha sağlan məhsul istehsal edilməsi üçün mühüm əhəmiyyət kəsb edən prioritet məsələlərdəndir. Bu məqsdələ “Azerbaijan Sanitari Services Center”MMC tərəfdaş təşkilatların işçilərinə “Pest Control” fəaliyyəti əhatəsində: davranış qaydaları, zərəvericilər və onlara qarşı tətbiq edilən mübarizə tədbirləri zamanı təhlükəsizliyin təmin edilməsi, bu zaman məhsul təhlükəsizliyinin qorunması, insan sağlamlığının qorunması, ətraf mühitin qorunması istiqamətində marifləndirici təlimlər təşkil etməyi davam etdirir.

Continue reading

Gəmiricilər ilə mübarizədə “Pest Control Sistemi” nədir?

Gəmiricilər ilə mübarizədə “Pest Control Sistemi” nədir? Müəssisədə ev siçanları, çöl siçanları, boz siçovullar, qara siçovullar kimi və s. gəmirici növlərinə xas olan gəmiricilər ilə mübarizə sistemi yaradılır. Gəmirici mübarizə sistemi qurarkən, tədbirlər kompleksi müəssisənin daxili və xarici sahələrinə kimi bütün ərazini əhatə etməlidir. Ərazinin risk qiymətləndirilməsindən asılı olaraq, görülən tədbirlər və qurulan sistemlərdə fərqliliklər ola bilər. Pest Control Sistemi ümumikdə zərərverici problemlərinin effektiv, etibarlı və ekoloji cəhətdən təmiz həllini təmin edən üsullar toplusudur. Peşəkar sistem zərərvericilərin yaşayış və iş yerlərinizə daxil olmasının qarşısını almaqla yanaşı, mövcud problemləri birdəfəlik aradan qaldırır. AZERBAIJAN SANITARY SERVICES CENTER MMC, həyat keyfiyyətinizi yaxşılaşdıraraq, qabaqcıl texnologiyalar və professional mütəxəssis heyətimizlə həm fərdi, həm də kommersiya təşkilatlarında HASSP, ISO, FSSC, BRC, IFS, AIB, SQMS və s. kimi beynəlxalq standartların tələblərinə cavab verən zərərvericilərə qarşı mübarizə aparırıq. Azerbaijan Sanitary Services Center MMC-nin Zərərvericilərə qarşı mübarizə sistemi, SMART E-IRS proqramı haqqında daha çox məlumat əldə etmək üçün Bizə yazın ….!

Continue reading

IPM Ağıllı Zərərverici İdarəetmə “Pest Control” nədir?

Integrated Pest Management-in qısaltması olan IPM, Azərbaycan dilində “Zərərvericilərin İntegrasiya olunmuş İdarəedilməsi” deməkdir. Ağıllı zərərverici mübarizə üsulu kimi də tanınan IPM toksiki maddələrin istifadəsinə nəzarəti də təmin edir. Başqa sözlə, Ağıllı Zərərvericilərlə Mübarizə İdarəetmə modullarından istifadə edərək ən az zəhərli maddələrdən istifadə etməklə ətraf mühitə, istehsal olunan məhsula, insan sağlamlığına, qida məhsullarına, qablaşdıma vasitələrinə zərərvericilərin və toksiki maddələrin sirayətlənməsinə nəzarətin daha səmərəli olmasına imkan verir. Gündən-günə inkişafı davam edən IPM material, vəsait və metodları toksiki maddələrin istifadəsi və zərərvericilərin  nəzarət altına alınmasına şərait yaradır. Müəssisə və təşkilatlarda xərclərin və məhsul itkilərinin azalmasına səbəb olur. Bu gün Siz də  Azerbaijan Sanitary Services Center MMC-nin SMART E-IRS proqramına qoşula müəssisə və təşkilatınızda IPM nəzarət mexanizmini qura bilərsiniz. Beləliklə siz HASSP, ISO, FSSC, BRC, IFS, AIB, SQMS və s. kimi beynəlxalq standartların tələblərinə cavab verən Azerbaijan Sanitary Services Center MMC-nin SMART E-IRS proqramını çox bəyənəcəksiniz. Bizə yazın…

Continue reading

İlanlar haqqında

Azərbaycanda yayılmış 28 növ ilan var. Bunlardan 6 növ zəhərli, 22 növ zəhərsiz olmaqla ümumilikdə heçbir növ təbii ocaqlarda infeksiya mənbəyi rolunu oynamır və heç bir epidemioloji təhlükəsi yoxdur. Qeyd edilən 6 növ zəhərli ilan növlərindən 4-ü nadir növdür, 1-i az saylı növdür və yalnız 1 növ Levant gürzəsi (Macrovipera lebetina) isti quru iqlimli, düzənlik, dağətəyi və dağüstü yarımsəhralarda və bozqırlarda o cümlədən Abşeron yarımadasında yayılıb. Bu yarımnövün adı elmi ədəbiyyatda azərbaycanca “Zaqafqaziya gürzəsi və ya irigürzəsi” kimi də işlədilir. 1 növ kor ilanlar fəsiləsindən olan Qurdabənzər korilan, Anakonda və Piton ilanları fəsiləsindən olan 1 növdə Qərb yatağanı, Suilankimilər fəsiləsindən 3 növdə suilanları və Təlxələrdən isə 17 növdə ilan yayılıb.

Continue reading

Vakansiya: Dezinfeksiya işləri üzrə dezinfektor (Pest Kontrol işçisi)

Vakansiya: Dezinfeksiya işləri üzrə dezinfektor (Pest Kontrol işçisi) Göstəilən tələblərə cavab verən namizədlər öz CV -lərini  cv@assc.az ünvanına (mövzu hissəsində vəzifənin adı ”Dezinfeksiya işləri üzrə dezinfektor” qeyd olunmalıdır) göndərə bilər və ya www.assc.az saytından müvafiq müraciət edə bilərlər. +994703900599 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Namizədə aid tələblər: Dezinfektoru vəzifəsinə, iş stajına tələb qoyulmadan, B və ya BC kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmə qabiliyyəti və müvafiq sənədə sahib, yüksəkdən , dar və qaranlıq yerlərdən qorxusu olmayan, iyrənmə reaksiyası olmayan, allergiyası olmayan orta ümumi təhsili olan, ölkə xarici və daxilində ezamiyyətlərə gedə bilən şəxs təyin edilir / şəxsi avtomobili olanlara üstünlük verilir və əmək haqqının hesablanması zamanı nəzərə alınır. Aşağıdakıları bilməlidir; dezinfeksiya, dezinseksiya, dezodorasiya və deratizasiya üçün tətbiq edilən vasitələrin növlərini, xüsusiyyətlərini və hazırlanması üsullarını; dezinfeksiya, dezinseksiya, və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirlərini;zəhərli kimyəvi preparatlarla işin təhlükəsizliyi qaydasını; fərdi müdafiə vasitələrindən istifadə qaydasını;zəhərli kimyəvi preparatların vurulması üçün dezinseksiya maşınlarının və aparatlarının quruluşu və iş prinsiplərini; İş haqqında məlumat: Zərərverici həşaratlar və heyvanlara qarşı mübarizə işinin təşkili və icra edilməsi; Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi; Dezinfeksiya, Dezinseksiya və Deratizasiya işlərinin həyata keçirilməsi, Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi; Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi; Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir.   Göstəilən tələblərə cavab verən namizədlər öz CV -lərini  cv@assc.az electron ünvanına (mövzu hissəsində vəzifənin adı ”Dezinfeksiya işləri üzrə dezinfektor” qeyd olunmalıdır) göndərə bilər və ya www.assc.az saytından müvafiq müraciət edə bilərlər.

Continue reading

Anbarlanmış məhsul zərərvericiləri ilə necə mübarizə aparmaq olar?

Saxlanılan (anbarlanmış) məhsul zərərvericiləri ilə mübarizədə ilk növbədə zərərvericinin növü, populyasiya sıxlığı və ətraf mühit şəraiti kimi məsələlər qiymətləndirilməlidir. Bu qiymətləndirmələrlə müşayiət olunan; Görüləcək tədbirlər, mübarizə üsulları və istifadə olunacaq mübarizə vasitələri (pestisidlər, feromonlar və s.) müəyyən edilməklə Zərərvericilərə Qarşı İnteqrasiya edilmiş İdarəetmə sistemi yaradılmalıdır. “Azerbaijan Sanitary Services Center” olaraq biz müəssisələri və taxıl anbarlarını zərərvericilərdən qorumaq üçün təkmilləşdirilmiş həllər təklif edirik; Qida ehtiyatımızı qorumaq və sağlam həyat üçün gigiyenik həyat şəraitini təşviq etmək üçün zərərvericilərə qarşı mübarizə metodlarımızı daim təkmilləşdiririk.

Continue reading