İlanlar haqqında

Azərbaycanda yayılmış 28 növ ilan var. Bunlardan 6 növ zəhərli, 22 növ zəhərsiz olmaqla ümumilikdə heçbir növ təbii ocaqlarda infeksiya mənbəyi rolunu oynamır və heç bir epidemioloji təhlükəsi yoxdur. Qeyd edilən 6 növ zəhərli ilan növlərindən 4-ü nadir növdür, 1-i az saylı növdür və yalnız 1 növ Levant gürzəsi (Macrovipera lebetina) isti quru iqlimli, düzənlik, dağətəyi və dağüstü yarımsəhralarda və bozqırlarda o cümlədən Abşeron yarımadasında yayılıb. Bu yarımnövün adı elmi ədəbiyyatda azərbaycanca “Zaqafqaziya gürzəsi və ya irigürzəsi” kimi də işlədilir. 1 növ kor ilanlar fəsiləsindən olan Qurdabənzər korilan, Anakonda və Piton ilanları fəsiləsindən olan 1 növdə Qərb yatağanı, Suilankimilər fəsiləsindən 3 növdə suilanları və Təlxələrdən isə 17 növdə ilan yayılıb.

Continue reading

Vakansiya: Dezinfeksiya işləri üzrə dezinfektor (Pest Kontrol işçisi)

Vakansiya: Dezinfeksiya işləri üzrə dezinfektor (Pest Kontrol işçisi) Göstəilən tələblərə cavab verən namizədlər öz CV -lərini  cv@assc.az ünvanına (mövzu hissəsində vəzifənin adı ”Dezinfeksiya işləri üzrə dezinfektor” qeyd olunmalıdır) göndərə bilər və ya www.assc.az saytından müvafiq müraciət edə bilərlər. +994703900599 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Namizədə aid tələblər: Dezinfektoru vəzifəsinə, iş stajına tələb qoyulmadan, B və ya BC kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmə qabiliyyəti və müvafiq sənədə sahib, yüksəkdən , dar və qaranlıq yerlərdən qorxusu olmayan, iyrənmə reaksiyası olmayan, allergiyası olmayan orta ümumi təhsili olan, ölkə xarici və daxilində ezamiyyətlərə gedə bilən şəxs təyin edilir / şəxsi avtomobili olanlara üstünlük verilir və əmək haqqının hesablanması zamanı nəzərə alınır. Aşağıdakıları bilməlidir; dezinfeksiya, dezinseksiya, dezodorasiya və deratizasiya üçün tətbiq edilən vasitələrin növlərini, xüsusiyyətlərini və hazırlanması üsullarını; dezinfeksiya, dezinseksiya, və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirlərini;zəhərli kimyəvi preparatlarla işin təhlükəsizliyi qaydasını; fərdi müdafiə vasitələrindən istifadə qaydasını;zəhərli kimyəvi preparatların vurulması üçün dezinseksiya maşınlarının və aparatlarının quruluşu və iş prinsiplərini; İş haqqında məlumat: Zərərverici həşaratlar və heyvanlara qarşı mübarizə işinin təşkili və icra edilməsi; Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi; Dezinfeksiya, Dezinseksiya və Deratizasiya işlərinin həyata keçirilməsi, Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi; Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi; Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir.   Göstəilən tələblərə cavab verən namizədlər öz CV -lərini  cv@assc.az electron ünvanına (mövzu hissəsində vəzifənin adı ”Dezinfeksiya işləri üzrə dezinfektor” qeyd olunmalıdır) göndərə bilər və ya www.assc.az saytından müvafiq müraciət edə bilərlər.

Continue reading

Anbarlanmış məhsul zərərvericiləri ilə necə mübarizə aparmaq olar?

Saxlanılan (anbarlanmış) məhsul zərərvericiləri ilə mübarizədə ilk növbədə zərərvericinin növü, populyasiya sıxlığı və ətraf mühit şəraiti kimi məsələlər qiymətləndirilməlidir. Bu qiymətləndirmələrlə müşayiət olunan; Görüləcək tədbirlər, mübarizə üsulları və istifadə olunacaq mübarizə vasitələri (pestisidlər, feromonlar və s.) müəyyən edilməklə Zərərvericilərə Qarşı İnteqrasiya edilmiş İdarəetmə sistemi yaradılmalıdır. “Azerbaijan Sanitary Services Center” olaraq biz müəssisələri və taxıl anbarlarını zərərvericilərdən qorumaq üçün təkmilləşdirilmiş həllər təklif edirik; Qida ehtiyatımızı qorumaq və sağlam həyat üçün gigiyenik həyat şəraitini təşviq etmək üçün zərərvericilərə qarşı mübarizə metodlarımızı daim təkmilləşdiririk.

Continue reading